13 Ağustos 2026 Perşembe ANTALYA 28°
SON DAKİKA

Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşdü -

Haber : Murat Genç / Zeynep Abbasova/ Azerbaycan

14 Ağustos 2025 1,7B okunma
Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşdü -
Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşdü -

Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşdü 

Binəqədi Gənclər evində 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə görüş gerçəkləşib.

… xəbər verir ki, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “İmza saatı” layihəsi çərçivəsində Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşüb. İki saat ərzində davam edən tədbirdə iştirakçılar pop ulduza müxtəlif mövzularla bağlı suallar ünvanlayıb.   Estrada ulduzu da öz növbəsində bütün suallara tam səmimi şəkildə cavab verib. Yaradıcılıq, musiqi, sənət, sosial mövzular ətrafında fikir mübadiləsi baş tutub. Tədbir zamanı gənclərin mədəni proseslərdə iştirakının vacibliyi, onların fikirlərinin, enerjisinin və baxışlarının müasir cəmiyyətin inkişafındakı rolu önə çəkilib. Eyni zamanda Xalq artisti gələcək planlarından və yeni layihələrdən danışıb. Yüksək enerji ilə davam edən səmimi görüşdə maraqlı anlar yaşanıb. 

Sonda estrada ulduzu gənclərlə birlikdə “Sevdi can səni” hitini oxuyub və xatirə fotoları çəkdirib.

Paylaş X Facebook

Yorumlar 0

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Yorumlar moderasyondan sonra yayımlanır. Hakaret ve reklam içerenler onaylanmaz.
Sonraki haber yükleniyor…

Deneyiminizi iyileştirmek için çerez kullanıyoruz. Detaylar için Çerez Politikası.